İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Müharibə bitdi - Razılığa gəldilər, bu gündən sonra...

Tayland və Kamboca arasında 5 gün davam edən qarşıdurmalardan sonra əldə edilən atəşkəsin təsiri sərhəddə hiss olunmağa başlayıb. İlk pozuntulardan sonra tərəflər yenidən masa arxasına əyləşib və silahlar susub.

Musavat.com xəbər verir ki, ən azı 40 nəfərin ölümünə və yüz minlərlə dinc sakinin didərgin düşməsinə səbəb olan böhrandan sonra bölgədə həyat normala qayıdır.

Bu gün səhər saatlarında Tayland ordusu Kamboca qoşunlarının ən azı 5 yerdə atəşkəsi pozduğunu iddia edib. Bundan sonra Taylandın 2-ci Regional Ordusundan məsul komandir və onun kambocalı həmkarı sərhəddə görüşərək danışıqlar aparıb.

Toqquşmalarda əksəriyyəti mülki şəxslər olmaqla azı 40 nəfər həlak olub, 300 mindən çox insan isə didərgin düşüb.

Taylandın general-mayoru Vintay Suvaree tərəflərin atəşkəsi qorumaq, qoşunların hərəkətini dayandırmaq, ölü və yaralıların təxliyəsini asanlaşdırmaq barədə razılığa gəldiklərini açıqlayıb: "Hər bir tərəf yarana biləcək hər hansı bir problemi həll etmək üçün dörd nəfərdən ibarət koordinasiya qrupu yaradacaq".

Taylandın müvəqqəti baş naziri Phumtham Wechayachai atəşkəsi müzakirə etmək üçün Malayziyaya getdiyini və Kambocanın müdafiə naziri ilə görüşdüyünü, sərhəddə vəziyyətin sakit olduğunu bildirib.

Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeata da sərhəddə yeni münaqişənin olmadığını bildirib.

Bundan başqa, Taylandın Sisaket əyalətinin Kantharalak rayonunda nəqliyyatın hərəkəti və gündəlik həyat normallaşıb. Vətəndaşlar münaqişədən sonra normal həyata qayıtmağa başlayıblar.

Qeyd edək ki, iki ölkə arasında sərhəd mübahisəsi onilliklərdir ki, davam edir. May ayının sonlarında Kamboca əsgərinin öldürülməsi ilə başlayan böhran qarşılıqlı problemlərə və diplomatik qırılmaya səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR