Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ olub.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 07:09-da Adananın Saimbəyli rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 6,96 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ