Onlayn ictimai-siyasi qəzet
İranın İsfahan vilayətində, Zavareh şəhəri yaxınlığında 5,3 bal gücündə yeraltı təkanlar baş verib.
Musavat.com bu barədə İran mediasına istinadən xəbər verir.
Bildirilir ki, yeraltı təkanların episentri şəhərdən yaxın məsafədə yerləşib. Hadisə ilə bağlı dağıntı və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı yerli seysmoloji mərkəz izləmələri davam etdirir.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ