İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sakitləşin və öz problemlərinizi həll edin” - Putin Avropaya səsləndi

Rusiya prezidenti Vladimir Putin Valday Forumunun plenar iclasında çıxış edərək bildirib ki, hazırda dünya sürətli transformasiya mərhələsindədir və bütün ölkələr yeni çağırışlara hazır olmalıdır.

Musavat.com xəbər verir ki, Putinin sözlərinə görə, çoxqütblü dünya artıq qurulub və heç bir qayda əvvəlcədən müəyyən edilməyib.

“Hər şey müxtəlif cür inkişaf edə bilər. Çox şey beynəlxalq oyunçuların dəqiqliyindən, təmkinindən və düşünülmüş addımlarından asılıdır”,-deyə V.Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, polisentrik dünyada qarşılıqlı münasibətlər praqmatizmə və blok fəlsəfəsindən imtinaya əsaslanmalıdır. Onun sözlərinə görə, BRİKS və ŞƏT kimi yeni təşkilatlar “21-ci əsr diplomatiyası ruhunda” inkişaf edir və heç kimə qarşı yönəlməyib.

Putin vurğulayıb ki, ABŞ və müttəfiqlərinin gücü artıq pik həddini keçib: “Dünyanı idarə etmək və hamıya necə nəfəs almağı diktə etmək cəhdləri uğursuzluqla nəticələndi”.

O, Avropa siyasətçilərini Rusiyanı düşmən obrazında təqdim edərək daxili problemlərini gizlətməyə çalışmaqda da ittiham edib: “Sakitləşin, bir az dincəlin və nəhayət, öz problemlərinizi həll edin”.

Putin daha sonra deyib ki, Rusiya Silahlı Qüvvələri cəbhə xətti boyunca bufer zonası yaradır və proses plana uyğun gedir. Onun sözlərinə görə, sentyabrda Ukrayna ordusu 44 mindən çox itki verib, il ərzində isə 150 min hərbçi fərarilik edib. Rusiya lideri əlavə edib ki, Moskva Kiyevin danışıqlar masası arxasında güc tapacağına ümid edir. Putin bildirib ki, Rusiya və ABŞ arasında ciddi fikir ayrılıqları olsa da, qarşılıqlı hörmət əsasında kompromis mümkündür.

O, ABŞ-nin hazırkı administrasiyasını praqmatik addımlarına görə müsbət qiymətləndirib və prezident Donald Trampı “rahat söhbət tərəfdaşı” adlandırıb.

Rusiya Trampın Qəzza münaqişəsi ilə bağlı “iki dövlət” həllini dəstəkləməyə hazır olduğunu da açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR