Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyi Rusiya ilə Ukrayna arasında daha 307 əsir dəyişdirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, 1000-ə 1000 mübadilə razılaşması çərçivəsində 307 əsir dəyişdirilməsinin edildiyi və prosesin davam etdiyi bildirilib.
Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada Rusiya mətbuatına Ukraynanın son günlərdəki fəaliyyətini dəyərləndirib.
Lavrov Ukrayna ordusunun mayın 20-23-də Rusiya ərazisində mülki şəxslərə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyinə və bu hücumlarda ölən və yaralananların olduğuna diqqət çəkib.
O, başda İngiltərə, Fransa və Almaniya olmaqla, bəzi Avropa ölkələrinin Kiyevə verdiyi dəstək nəticəsində hücumların həyata keçirildiyini deyib: "Tədqiq olunan cinayətlərdə bu ölkələrin də payı olduğuna əminik. Bu siyasətə son qoymaq üçün çalışacağıq".
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ