İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu

Yeni Zelandiya Palmerston North sakini 19 yaşlı Ryan Satterthwaite sosial mediada populyar olan "Run It" oyununu oynayarkən ağır zərbə alıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, oyun iştirakçıların heç bir qoruyucu vasitə olmadan bir-birlərinə doğru qaçaraq toqquşmasından ibarətdir.

19 yaşlı Satterthwaite oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada dünyasını dəyişib.

Səlahiyyətlilər hadisəni faciə kimi qiymətləndirərək, belə riskli fəaliyyətlərdə iştirak edənlərin ciddi təhlükəsizlik tədbirləri görməsini tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılmayıb, məhkəmə-tibb ekspertizası davam edir.

Qeyd edək ki, oxşar yarışma "Run It Straight" adı altında Oklenddə keçirilib və orada da iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR