İnsanlara hürriyət, millətlərə istiqlal!

Şröderin hesabı BLOKLANDI

Almaniyanın Hannover bölgəsində yerləşən "Sparkasse Hannover" bankı Almaniyanın keçmiş kansleri Gerhard Şröderin (1998-2005) hesabını müəyyən köçürmələrin alınması üçün bloklayıb.

Musavat.com xəbər verir ki, məlumatı “Bild” qəzeti mənbələrə istinadən yayıb.

“Bild”in məlumatına görə, Almaniyanın keçmiş kansleri bankdakı hesabı vasitəsilə “Nord Stream 2 AG” şirkətindən vəsait alıb. "Sparkasse Bank" Şröderə yazdığı məktubda bu maliyyə əməliyyatlarının qarşısının alınmasının səbəbini açıqlayıb. Bildirilib ki, bank “Nord Stream 2 AG”-dən Şröderin hesabına pul köçürmələrini davam etdirəcəyi təqdirdə ABŞ-ın sanksiyalarına məruz qala biləcəyindən ehtiyatlanaraq köçürmələri göndərənə qaytarılıb.

Eyni zamanda, "Bild" vurğulayır ki, bu günə qədər Şröder heç bir sanksiya siyahısına daxil edilməyib. Sparkasse nümayəndəsi müştərilərlə münasibətlərin məxfiliyini əsas gətirərək bu məlumatı qəzetə şərh etməkdən imtina edib. Bundan əlavə, Bild-in qeyd etdiyi kimi, fərdi maliyyə əməliyyatlarının bloklanması 2024-cü ilin iyununda - Yaşıllar Partiyasından şəhərin yeni meri Belit Onayın andiçmə mərasimindən bir neçə həftə sonra baş verib. Onay daha əvvəl Şröderi tənqid etmiş və onun Hannoverin fəxri vətəndaşı adının ləğv edilməsini tələb etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR