İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji şəhər ƏLƏ KEÇİRİLDİ - ordular QARŞI-QARŞIYA, müdafiə nazirliyindən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərini nəzarətə götürdüklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, “Cənub” qoşun qruplaşmasının Kramatorsk-Drujkovka istiqamətində apardığı hücum əməliyyatları nəticəsində şəhər tam ələ keçirilib.

Qeyd edək ki, Çasov Yar şəhəri strateji baxımdan önəmli sayılan Baxmutdan təxminən 10 kilometr qərbdə yerləşir. Rusiya Müdafiə Nazirliyi hələ 2023-cü ilin may ayında bu şəhərin nəzarətə götürüldüyünü bildirsə də, Ukrayna tərəfi bu məlumatı təkzib edib.

Nazirlik 2024-cü ilin əvvəlindən Çasov Yar ətrafında şiddətli döyüşlərin getdiyini də vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR