Onlayn ictimai-siyasi qəzet
Dəməşq ABŞ hakimiyyətinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların bir qismini ləğv etmək qərarını alqışlayır.
Musavat.com xəbər verir ki, bu, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb: "Biz ABŞ hökumətinin Suriya və onun xalqına qarşı uzun illərdir tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı qərarını alqışlayırıq. Sanksiyaların ləğvi ölkədə humanitar və iqtisadi böhranın aradan qaldırılması üçün düzgün istiqamətdə atılan müsbət addımdır".
XİN qeyd edib ki, Suriya əməkdaşlığa hazırdır: "Bizimlə hörmət və daxili işlərimizə qarışmamaq əsasında əməkdaşlıq etmək istəyən hər kəsə əlimizi uzadırıq. İnanırıq ki, dialoq xalqların maraqlarına cavab verən balanslaşdırılmış münasibətlər qurmaq və sabitliyi gücləndirmək üçün ən yaxşı yoldur".
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio 2019-cu ildə Suriyaya qarşı tətbiq edilən sanksiyalar paketinin 180 gün müddətinə ləğvi ilə bağlı sənədlər imzalayıb. Bildirilir ki, söhbət “Sezar Aktı” adlanan qanun çərçivəsində qəbul edilmiş sanksiyalardan gedir. Bu istisnalar sanitar şəraitin və elektrik və su təchizatı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ