İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya prezidenti basketbol oynadı – VİDEO

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara və xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdəki idman meydançalarından birində basketbol oynayarkən lentə alınan görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

İsrailin “Israel Hayom” nəşri isə bildirir ki, videoda prezident əş-Şaara uzaq məsafədən dəqiq üç xallıq atış edir. Kadrlarda dövlət başçısının zərgər dəqiqliyi ilə topu səbətə göndərməsi sosial şəbəkə istifadəçiləri arasında təəccüb doğurub.

Bəzi izləyicilər prezidentin idman qabiliyyətinə heyranlıqlarını ifadə etsələr də, digərləri bunun ictimaiyyətə yönəlik hesablanmış PR addımı olduğunu düşünür. Onların fikrincə, bu cür görüntülər ölkədə davam edən daxili qarşıdurmalar fonunda prezidentin imicini yaxşılaşdırmağa yönəlib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR