Onlayn ictimai-siyasi qəzet
Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba şəhərdəki son durumu açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, qəbilə qüvvələri Suveyda şəhərini tamamilə tərk edib.
Əl-Baba bildirib ki, atəşkəs razılaşmasının həyata keçirilməsi istiqamətində Daxili İşlər Nazirliyinin gördüyü tədbirlər nəticə verib və bu çərçivədə nazirliyə bağlı qüvvələr artıq Suveyda vilayətinin şimal və qərb bölgələrində yerləşdirilib.
Qeyd edək ki, son günlər Suveyda ətrafında gərginlik artmış, müxtəlif silahlı qruplar arasında qarşıdurmalar yaşanmışdı. Atəşkəsin bərpası bölgədə vəziyyətin sabitləşməsi baxımından mühüm addım sayılır.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ