İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalistdən sərt reaksiya: “SSRİ bayrağı qaldıranlar cinayət məsuliyyətinə cəlb edilməlidir”

İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü münasibəti ilə xiyabanda keçirilən tədbirdə Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı səsləndirilib.

Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:

"Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon Ağsaqqallar Şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".

MURAD.jpg (197 KB)

Tanınmış jurnalist Aygün Muradxanlı sosial media hesabında hadisəyə belə münasibət bildirib:

"İmişlidə SSRİ bayrağı qaldıranlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Cümhuriyyət dəyərlərinin qorunması bunu tələb edir. O qanlı bayrağı bu torpağa gətirən XXI qanlı rus ordusu üçrəngli bayrağımızı endirib, dövlətimizi süqut etdirib, on minlərlə insanımız şəhid olub, yüz minlərlə insanımız repressiya ilə üzləşib, 70 il dövlətimiz, torpağımız, kimliyimiz, inancımız işğal siyasətinin qurbanına çevrilib, yurdlarımızdan qovulmuşuq, torpağımızda Ermənistan adında qondarma qurum yaradıb adını dövlət qoyublar ki, bu gün də bizə qarşı təhdid kimi istifadə edilir. 2025-ci ildə Azərbaycan pasportu gəzdirən birisi bunu anlamırsa, gerizəkalıdır, yeri tibb, bilə-bilə edirsə, şərəfsizdir, dövlət quruluşuna qarşı təbliğat aparır, olmalı olduğu yer cəzaçəkmə müəssisəsidir.

Bu düşüncəni daşıyanlar aramızda əl-qol sallayıb rahat gəzdikcə, Azərbaycanda rus işğalı təhlükəsi bitməmişdir deməkdir. Onsuz da rus məktəbləri doludur potensial Çingizlərlə, Aynalarla…"

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR