Onlayn ictimai-siyasi qəzet
Kişilər haqqında anonim rəylər yazmaq imkanı ilə tanınan və qadınlar üçün təhlükəsiz məkan kimi təqdim olunan "Tea" adlı tanışlıq tətbiqi haker hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, nəticədə 72 min şəkil internetə sızıb.
Məlumatlara görə, yayılan materiallar arasında 13 min selfi və istifadəçi təsdiqləmə fotoları, həmçinin 59 min ekran görüntüsü, mesajlar, paylaşımlar və şərhlər yer alır.
Şirkət bildirib ki, telefon nömrələri və e-poçt ünvanları sızmadan qorunub və yalnız 2024-cü ilin fevral ayına qədər qeydiyyatdan keçmiş istifadəçilər bu insidentdən zərər çəkib.
Hazırda tətbiq rəhbərliyi boşluqların aradan qaldırılması üçün kənar kibertəhlükəsizlik mütəxəssislərinin dəstəyindən istifadə edir.
Görünür, kimsə orada barəsində yazılanları çox bilmək istəyib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ