Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Suriyaya qarşı tətbiq olunan sanksiyaların böyük bir qismini rəsmən aradan qaldırıb.
Musavat.com xəbər verir ki, yeni qərar Prezident Donald Tramp tərəfindən imzalanan fərmanla qüvvəyə minib. Bununla belə, Bəşər Əsəd, onun yaxın çevrəsi, insan hüquqlarını pozanlar və kimyəvi silah istehsalı ilə əlaqədar şəxslərə qarşı sanksiyalar hələ də qüvvədə qalır.
Suriya Xarici İşlər naziri Əsəd əş-Şeybani bu qərarı "tarixi addım" adlandırıb. Onun sözlərinə görə, Trampın imzaladığı sənəd Suriyanın beynəlxalq arenada mövqeyini möhkəmləndirəcək və ölkənin sabitliyə doğru irəliləməsinə imkan yaradacaq.
“Biz bu addımı yüksək qiymətləndiririk. Sanksiyaların əksəriyyətinin ləğvi Suriya üçün yeni bir səhifənin başlanğıcıdır”, – deyə Şeybani bəyan edib.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ