Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən azı üç bölgəsi, Samara, Volqoqrad vilayətləri və Krasnodar diyarı dron hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli media və monitorinq kanalları məlumat yayıb.
Federal Hava Nəqliyyatı Agentliyi bildirir ki, hücumdan sonra Volqoqrad, Soçi, Saratov və Samara hava limanları bağlanıb.
Məlumata görə, Krasnodar diyarının Afipski qəsəbəsində 8-ə yaxın güclü partlayış baş verib, neftayırma zavodunda yanğın başlayıb.
Samara vilayətində isə 10-dan çox partlayış qeydə alınıb. Bildirilir ki, hücum yerli zavodlardan birinə yönəlib. ASTRA kanalı yazır ki, hazırda Novokuybışevskdəki neftayırma zavodu yanır.
Volqoqrad vilayətində Petrov Val şəhəri hədəfə alınıb. Burada dəmiryolu stansiyası yaxınlığında yanğın baş verib. Rusiya hakimiyyəti hücumu təsdiqləyib və lokomotiv deposunun texniki binalarından birində alovun başladığını açıqlayıb. Rəsmi qurumlar yanğının söndürüldüyünü iddia edir.
İqbal RZAYEV,
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ