Onlayn ictimai-siyasi qəzet
İranda İran-İsrail qarşıdurması fonunda baş verən hücum nəticəsində ölkənin əsas nəqliyyat arteriyalarından biri olan Tehran–Qum avtomagistralında ciddi ziyan qeydə alınıb.
Musavat.com xəbər verir ki, İran Yol Polisi hadisəyə səbəb olaraq raket zərbəsini göstərib.
Rəsmi məlumata görə, mərmi avtomagistralın bir hissəsinə düşərək yol örtüyünə zərər yetirib. Nəticədə nəqliyyatın hərəkəti təxirə salınıb və avtomobillər müvəqqəti olaraq köhnə Tehran–Qum yolu vasitəsilə istiqamətləndirilir. Sözügedən marşrut kinostudiya kompleksi ətrafından keçir.
İran Yol Polisi əlavə edib ki, digər əsas nəqliyyat xətləri – Hərraz–Firozkux (Cacrud hissəsi) və Tehran–Şimal avtomagistralı (Elburz tuneli rayonu) da sıxlıqla üzləşib. Hazırda ölkənin mərkəzi bölgələrində nəqliyyat hərəkəti ciddi şəkildə çətinləşib.
Səlahiyyətli qurumlar sürücüləri ehtiyatlı olmağa və yalnız zəruri hallarda səfər etməyə çağırıb. Zərərin aradan qaldırılması istiqamətində təmir briqadaları əraziyə cəlb olunub.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ