İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın küçələrində bayram ab-havası – İranın ABŞ bazasını vurmasından sonra izdiham

İranın Qətərdə yerləşən ABŞ-a məxsus Əl-Üdeyd Hərbi Hava Bazasına endirdiyi raket zərbələrindən sonra Tehranın bir sıra bölgələrində insanlar küçələrə çıxaraq hadisəni “qələbə” kimi qeyd ediblər.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşların bayraqlarla, şüarlarla küçələrdə toplaşdığı, bəzilərinin atəşfəşanlıq təşkil etdiyi müşahidə olunur.

Rəsmi Tehran bu hücumu ABŞ-ın İranın dinc nüvə obyektlərinə hücumuna cavab adlandırmış və əməliyyata "Bəşarət əl-Fəth" (Qələbə müjdəsi) adı vermişdi. Aksiya iştirakçıları isə bu addımı “milli qürur” və “ədalətli cavab” kimi qiymətləndirirlər.

Hadisələr fonunda İranda milli birlik və orduya dəstək çağırışları daha da güclənib. Regiondakı vəziyyət isə gərgin olaraq qalır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR