Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Ukraynanın Rusiya aerodromlarına hücumuna bənzər zərbələrin qarşısını almalı olan bir sıra sərəncamlar imzalayacaq.
Musavat.com xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə açıqlayıb.
Mətbuat katibi vurğulayıb ki, belə bir hücum Amerika təyyarələrinin ABŞ-da təhlükəsizliyi ilə bağlı suallar doğurur: "Buna görə də prezident Tramp müdafiə naziri vəzifəsinə Pet Heqsetin namizədliyini irəli sürdü və Pentaqona edilən bəzi dəyişiklikləri təsdiqlədi. O, bizim müdafiə xərclərimizi artırmaq niyyətindədir. Həmçinin o, gələcək raket zərbələrindən, hücumlarından qorunmaq üçün "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılmasını elan etdi".
O vurğulayıb ki, Tramp dronların döyüşdə oynamağa başladığı ciddi rolu başa düşür: "Və mən bizim siyasət komandamızı qabaqlamayacağam, amma düşünürəm ki, siz bu istiqamətdə çox yaxın gələcəkdə bəzi icraçı sərəncamlar gözləyə bilərsiniz".
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ