Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Tiflis şəhər məhkəməsi Avropayönlü etiraz aksiyalarında iştirak edən bir qrup şəxs barəsində hökm elan edib.
İstintaqın ilkin mərhələsində onlara “qrup halında zorakılıq” ittihamı irəli sürülsə də, sonradan işin ixtisası dəyişdirilib və onlar Gürcüstan Cinayət Məcəlləsinin 226-cı maddəsi – “Şəxslər qrupunun ictimai qaydanı pozması və ya orada iştirakı” üzrə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə üç nəfər 2 il 6 ay, beş nəfər isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Sonuncuların arasında Gürcüstanın Qardabani rayonunun Karacala kəndindən olan azərbaycanlı gənc İnsaf Əliyev də var. Qeyd edək ki, Tiflisdə keçirilən Avropayönlü etiraz aksiyaları son aylarda ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib və beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izlənir.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ