İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi Şəmkirdə uşaqlarını anasız böyüdən Əfqan Alıyarovun evində olub.

Musavat.com xəbər verir ki,verilişdə ailənin yaşadığı kənd mühiti, gündəlik məişət həyatı və atanın övladlarına göstərdiyi qayğı əks olunub.

Həmçinin Əfqan Alıyarov və oğlu Fərid Alıyarovun hazırladıqları əl işləri nümayiş etdirilib. Əfqan Alıyarov uşaqlarına olan sevgisindən danışarkən "onlar həyata tutunma səbəbimdir" deyib.

"Təkrar ailə qurmaq istəyərsinizmi?" sualını cavablandıran Ə.Alıyarov "istəmərəm. Evlənsəm də, həyat yoldaşım uşaqlarıma qarışmayacaq. Günortaya qədər qadın işləri görürəm. Hər şeylərini özüm həll edəcəyəm. Xanımımın sadəcə arxamda dayanmağını istəyərəm" deyib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR