İnsanlara hürriyət, millətlərə istiqlal!

Tom Kruz həyatını riskə atdı: Ginnesin Rekordlar Kitabına DÜŞDÜ - VİDEO

Amerikalı Hollivud ulduzu Tom Kruz yanan paraşütlə 16 dəfə tullanaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Musavat.com xəbər verir ki, bütün bunlar "Mission: Impossible 8" filminin bir səhnəsi üçün edilib.

Çəkilişlər Cənubi Afrikada yerləşən “Əjdaha Dağları” milli parkında aparılıb.

Aktyorun helikopterlə havaya qaldırıldığı və daha sonra yanan paraşütlə atıldığı epizoda hazırlıq bir neçə həftə davam edib.

Paraşüt tullanmazdan əvvəl yanacaqla isladılıb və alışdırılıb. Kruz uğurla eniş etmək üçün havada yanan parçanı kəsib ehtiyat paraşütü açmalı olub. Nəticədə aktyor bu səhnəni uğurla çəkmək üçün 16 dəfə tullanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR