İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Alkatras türməsinə kimləri salacaq?

ABŞ prezidenti Donald Tramp Amerikanı əvvəlki əzəmətinə qaytarmaq üçün Alkatras adasındakı həbsxananı yenidən tikir və ora qeyri-qanuni mühacirləri və Amerikanı zəiflətmək istəyənləri göndərəcək.

Musavat.com xbər verir ki, bunu aif.ru saytına Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin elmi işçisi, Amerikaşünaslıq üzrə ixtisaslaşmış politoloq Konstantin Bloxin deyib.

"Trampın əsas mesajlarından biri qeyri-qanuni mühacirlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və s. qarşı mübarizədir. Bütün bunlar "Amerikanı əvvəlki əzəmətinə qaytarmaq" kimi ümumi tendensiyaya uyğun gəlir", - Bloxin bildirib.

Onun fikrincə, Alkatras həbsxanasının bərpası ABŞ-ın keçmiş gücünün qayıdışının simvolik mesajı olacaq.
Tramp bundan əvvəl Alkatras adasındakı həbsxananın dünyanın ən təhlükəli cinayətkarları üçün yenidən açacağını demişdi.

Alkatras adası San Fransisko körfəzində yerləşir, inzibati cəhətdən Kaliforniya ştatına aiddir və sahəsi 8.903 hektardır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR