İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bir gündə 1,1 milyard dollar itirdi – Maskla müharibənin ağır bədəli

ABŞ prezidenti Donald Tramp texnologiya maqnatı İlon Maskla arasında yaranan gərginlik fonunda cəmi bir gün ərzində 1,1 milyard dollardan çox sərvət itkisinə məruz qalıb.

Musavat.com xəbər verir ki,
bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, Trampa məxsus Trump Media & Technology Group şirkətinin səhmləri 8% ucuzlaşıb. Bu isə Trampa 202 milyon dollar zərər vurub. Eyni zamanda, prezidentə bağlı olan mem-kripto valyutanın dəyəri 10% azalıb və bu, Trampın ümumi sərvətində təxminən 900 milyon dollarlıq enişə səbəb olub.

Digər tərəfdən, "Bloomberg"in hesablamalarına əsasən, İlon Mask da bu qarşıdurmadan ciddi itkilərlə çıxıb – onun sərvəti 34 milyard dollar azalıb.

Qeyd edək ki, Tramp və Mask arasında son vaxtlar gərgin polemikalar yaşanır və bu, təkcə siyasi deyil, maliyyə cəbhələrinə də ciddi təsir göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR