İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp düyməni basdı: 10 dəqiqəyə 4 trilyon dollar qazandı

Bir cümləlik təxirəsalmadan ABŞ birjaları bu cür partladı

"Sadəlövh insanlar düşünür ki, Tramp rəhmə gəldi və sərt tarif qərarını 90 gün təxirə saldı. Xeyr! Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Bəli, cəmi 10 dəqiqə".

Musavat.com bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov sosial media hesabında yazıb.

İqtisadçının fikrincə, artıq müasir iqyisadiyyatda yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var:

"Müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır. Siyasətdə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir. Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur. Bu hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.

Beləliklə, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə, Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR