Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ilə dünyanın ən varlı adamı – Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask arasında münasibətlər gözlənilməz şəkildə pozulub.
Musavat.com xarici KİV -lərə istinadla xəbər verir ki, bu qarşıdurma artıq “ilin mübahisəsi” kimi dəyərləndirilir.
5 iyun axşamı Tramp sosial şəbəkədə keçmiş yaxın tərəfdaşı İlon Maskı sərt şəkildə tənqid edərək onunla bütün körpüləri yandırdı. ABŞ prezidenti Maskı bir zamanlar “dahi” adlandırsa da, indi onun “psixoloji balansını itirmiş” biri olduğunu bildirib.
Mənbənin verdiyi məlumata görə, Tramp ilə Mask arasında münasibətlərin pisləşməsi təkcə şəxsi fikir ayrılıqları ilə deyil, həm də siyasi və texnoloji sahədəki maraqların toqquşması ilə bağlıdır.
Xronoloji ardıcıllıqla:
• 2023-cü ilin sonları: Tramp Maskı “Amerikanın gələcəyi” adlandırmışdı.
• 2024-cü ilin əvvəli: Mask Trampın bəzi qərarlarını tənqid etməyə başladı.
• 2024-cü ilin sonu: Trampın kampaniyasına Maskın dəstəyi azaldı.
• 2025-ci ilin yayına doğru: İki şəxs arasında açıq qarşılıqlı tənqidlər başladı.
Siyasi və texnoloji güc toqquşur
Analitiklərə görə, bu qarşıdurma sadəcə şəxsi münaqişə deyil, həm də ABŞ daxilindəki texnokratik elita ilə populist siyasi dairələr arasında daha dərin ziddiyyətlərin göstəricisidir. Maskın süni intellekt və süni peyk şəbəkələri sahəsində artan təsiri Trampın klassik isteblişmentə qarşı ritorikasına zidd gedir.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ