İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Krımı təsvir etdi: Texas boyda, okeanın ortasında

ABŞ Prezidenti Donald Tramp Krımı “çox gözəl” adlandırsa da, çıxışı zamanı iki dəfə yarımadanın “okeanda” yerləşdiyini deyərək səhvə yol verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsi zamanı deyib.

“Krım möhtəşəmdir. Bu, okeana uzanan, Qara dənizin ortasında böyük bir ərazidir, çox gözəl. Yəni demək istəyirəm ki, həqiqətən çox gözəldir,” – Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində bildirib.

O, ABŞ mediasının Rusiyaya münasibətdə “həddən artıq yumşaq siyasət” apardığına dair ittihamlarını da şərh edib: “Sonra deyirlər ki, guya Donald Tramp Putinlə dostluq edir. Mən ona Krımı verməmişəm. Krım nəhəng ərazidir, mən deyərdim Texas boydadır, okeanın ortasında. O, həqiqətən möhtəşəmdir və onu (Krımı) Obama dövründə verdilər. Amma mətbuat bunu yazmır".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR