Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, neftin qiymətinin aşağı düşməsi Ukrayna münaqişəsinin sona çatmasına gətirib çıxara bilər. Musavat.com xəbər verir ki, o, bu fikri İngiltərənin baş naziri Kir Starmerlə Çekersdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. Amerika prezidentinin sözlərinə görə, neftin qiyməti aşağı düşərsə, Rusiya rəhbərliyinin “müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq”.
Tramp həmçinin bəzi Avropa ölkələrinin Rusiyadan neft almasından məyus olduğunu bildirib. O, Rusiya nefti aldığına görə Hindistana qarşı sanksiyalar tətbiq etdiyini xatırladıb, ABŞ-ın qlobal qiymətləri aşağı salmaq üçün öz istehsalını artırdığını vurğulayıb: "Biz dünyada hamıdan çox neft hasil edirik".
O, bəzi ölkələrin Rusiya neftini almasını “ədalətsiz oyun” adlandırıb: "Bunu edə bilməzsiniz. Bu, ABŞ-a qarşı ədalətsiz oyundur və biz buna icazə verə bilmərik. Onun Britaniyadan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə dediyinə görə, Kir Starmerin ABŞ-ın avropalı müttəfiqlərinin Rusiya neftinin alınmasını dayandırması zərurəti ilə bağlı fikirləri ilə razılaşıb: "O, bunun yaxşı bir şey olmadığını söylədi. Starmer həm də razılaşdı ki, onlar Rusiyadan neft almağı dayandırmalıdırlar”.
Qeyd edək ki, Aİ ölkələrindən yalnız Macarıstan və Slovakiya Rusiya neftinin alışını davam etdirir.
Musavat.com
19 Sentyabr 2025
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ