İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qadını vəhşicəsinə qətlə yetirən qatilə edam cəzası verildi - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ-da Ukraynadan olan qaçqın qadının qətli ilə bağlı məhkəmə hökmünü açıqlayıb. Hadisə ötən ilin avqustunda Şimali Karolinanın Şarlott şəhərində baş vermişdi.

23 yaşlı İrina Zarutska qatarda səyahət edərkən heç bir səbəb olmadan 34 yaşlı cinayətkar DeKarlos Braun tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilmişdi. Qətlin dəhşətli anlarını əks etdirən videogörüntülər geniş rezonans doğurmuşdu. 

d81f811a-6292-421a-8841-5de7429185d8.jpeg (130 KB)

DeKarlos Braun

Məhkəmə araşdırmaları başa çatıb və Brauna edam cəzası kəsilib. Hökmün elanında vurğulanıb ki, cinayət xüsusilə qəddar və ictimai təhlükə doğuran xarakter daşıyıb. 

72cb812a-dde1-4738-a8de-7d7153ead9e8.jpeg (19 KB)

İrina Zarutska

ABŞ ictimaiyyəti bu qərarı ədalətin təntənəsi kimi qarşılayıb. Zərərçəkmişin ailəsi və Ukrayna diasporu isə edam hökmünü “bir daha təkrarlanmaması üçün ibrət dərsi” adlandırıb.

 

Musavat.com

Screenshot_1.png (157 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR