Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp nəqliyyat naziri Şon Daffini Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsinin icraçısı təyin edib.
Musavat.com xəbər verir ki, Tramp bununla bağlı Truth Social hesabında paylaşım edib: "Mən gözəl nəqliyyat katibimiz Şon Daffinin NASA-nın müvəqqəti administratoru vəzifəsinə təyin olunmasını elan etməkdən məmnunam".
Onun sözlərinə görə, Duffy, "qısa müddətə də olsa, getdikcə əhəmiyyəti artan bir kosmik agentlik üçün fantastik bir lider olacaq."
Xatırladaq ki, iyunun əvvəlində Tramp milyarder Cared Aysmanın NASA direktoru vəzifəsinə namizədliyini geri götürüb. Aprelin sonunda Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsi Aysmanın agentliyin rəhbəri vəzifəsinə təsdiq edilməsini tövsiyə etmişdi. Onun namizədliyini milyarder İlon Mask dəstəkləyirdi. İyulun 6-da Tramp üstüörtülü şəkildə Aysmanın namizədliyinin təşəbbüskarının Mask olduğunu etiraf edib.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ