Onlayn ictimai-siyasi qəzet
Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı uzun müddətdir davam edən istintaqa görə Donald Tramp və komandası eks-prezident Barak Obamaya qarşı ittihamlar səsləndirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iddialara görə, Trampı Moskvanın agenti kimi təqdim etmək üçün o vaxtkı nəticəsiz cəhdlərin arxasında məhz bu keçmiş prezident dayanıb.
Bildirilir ki, bu səbəbdən gələcəkdə Obama haqqında vətənə xəyanətlə bağlı cinayət işi qaldıra bilər.
Bu təhdid Trampın pedofil Ceffri Epşteyn işi ilə bağlı qalmaqalla əlaqədar adının hallandırılmasına cavabıdır.
Ağ Evin rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində milli kəşfiyyatın direktoru Tulsi Qabbardı, eləcə də jurnalist Harrison Fildsi “yaxşı iş” münasibəti ilə təbrik edib.
Onların hər ikisi Obamaya qarşı ittihamlar səsləndiriblər. Filds “Fox News”-da, Qabbard isə xüsusi hesabatında bildirib ki, Amerika kəşfiyyat agentlikləri prezident seçkilərinin nəticələrini Trampın xeyrinə dəyişməyə yönəlmiş Rusiya kiberhücumlarının olmadığını bilsələr də, Hillari Klintonla açıq şəkildə dəstəkləyən Obamanın təhriki ilə bu mövzu qabardılıb.
Xatırladaq ki, həmin il Tramp prezident seçilib və bütün səlahiyyət müddətini məhz Rusiya ilə ehtimal olunan əlaqələri üzündən impiçment təhlükəsinə qarşı mübarizə aparıb.
İndi o, şəxsinə bu “müsibəti” yaşadanlarla haqq-hesab çəkə biləcəyinə eyham edir.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ