İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putin və Zelenskini tənqid etdi: O, dəli olub...

Vladimir Zelenskinin bəyanatları daim Ukrayna üçün problemlərə gətirib çıxarır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında yazıb: "Prezident Zelenski belə danışaraq ölkəsinə xidmət etmir. Onun ağzından çıxan hər şey problemlidir, xoşuma gəlmir və onun dayanmasını arzulayıram. Bu müharibə mən prezident olsaydım heç vaxt başlamazdı. Bu, Zelenskinin, Vladimir Putinin və Co Baydenin müharibəsidir, mən Trampın deyil. Mən sadəcə olaraq, kobud bacarıqsızlıq və nifrətlə başlayan böyük, çirkin yanğınları söndürməyə kömək edirəm”.

Ağ Evdə jurnalistlərlə danışanda isə Tramp Rusiyanın Ukraynaya qəddarlıqla endirdiyi zərbələrdən narazılığını bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynanın bütün ərazisini əldə etmək istəyi var və bu, “Rusiyanın dağılmasına gətirib çıxara bilər”.

Amerika lideri jurnalistlərə xatırladıb ki, o, Kreml rəhbərini çoxdan tanıyır, lakin indi ona “nəsə olub”. Siyasətçi həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirdiyini də deyib: "Putinlə nə baş verib, bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə onunla anlaşıram. Amma o, şəhərlərə raketlər göndərir, insanları öldürür və bu mənim xoşuma gəlmir. Putinin etdiklərini bəyənmirəm. Heç də yox. O, insanları öldürür. Və bu oğlana nəsə olub və bundan xoşum gəlmir. O, sadəcə dəlidir! O, lazımsız yerə çoxlu insanı öldürür və mən təkcə əsgərləri demirəm. Raketlər və pilotsuz təyyarələr səbəbsiz yerə Ukrayna şəhərlərinə buraxılır. Mən artıq tamamilə ciddi şəkildə Rusiyaya qarşı sərt sanksiyaları düşünürəm".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR