Onlayn ictimai-siyasi qəzet
“The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığına hazırlaşarkən Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıb.
Musavat.com xəbər verir ki, Tramp Zelenskidən söhbət zamanı hansı məsələləri gündəmə gətirməli olduğunu soruşub. Zelenski isə cavabında 30 günlük atəşkəsin mümkünlüyü və Rusiya-Ukrayna sammitinin keçirilməsi barədə danışmağı tövsiyə edib.
Ukrayna lideri iki ölkənin dövlət başçılarının iştirak edəcəyi birbaşa görüş ideyasını da Trampa təqdim edib.
Toğrul İSMAYIL,
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ