Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi – Pentaqon Qətər tərəfindən hədiyyə olunan 400 milyon dollar dəyərində lüks təyyarəni qəbul edib.
Musavat.com xəbər verir ki, bu təyyarə prezident Donald Trampın istifadəsi üçün yeni “Air Force One” kimi nəzərdə tutulur.
Məlumatı ilk olaraq “The Wall Street Journal” yayıb. Bildirilir ki, Tramp administrasiyası bu təyyarənin ABŞ prezidentinin rəsmi avialayneri kimi xidmət göstərəcəyini bəyan edib.
Qeyd edək ki, “Air Force One” adətən ABŞ prezidentinin istifadəsində olan xüsusi təchizatlı və yüksək təhlükəsizlik standartlarına cavab verən təyyarəyə verilən addır. Yeni təyyarənin Trampın təhlükəsizlik, rabitə və siyasi rəmz kimi prioritetlərinə uyğun təchiz ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı rəsmi Vaşinqtondan geniş açıqlama verilməsə də, Tramp tərəfdarları bu hadisəni onun qlobal nüfuzunun göstəricisi kimi qiymətləndirirlər.
Lakin bu hədiyyə barədə ABŞ-da əks fikirlər də var. Xüsusilə Demokratlar Partiyası nümayəndələri Trampın bu təyyarəni qəbul etməsini açıq şəkildə tənqid edərək onu “xarici təsir və rüşvət riski” kimi dəyərləndiriblər. Onların fikrincə, bu cür yüksək dəyərə malik hədiyyənin qəbul edilməsi ABŞ-ın siyasi etikasına və maraqlarına ziddir.
Prezident Tramp isə bu tənqidlərə sərt cavab verib. O bildirib:
“Mən gərək axmaq olum ki, belə bir gözəl hədiyyədən imtina edim. Bu, ABŞ prezidentinə layiq bir təyyarədir. Bunu qəbul etməkdə qeyri-etik heç nə yoxdur.”
Mənbə: The Wall Street Journal
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ