Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukraynanın pilotsuz uçuş aparatları sahəsində nailiyyətlərini yüksək qiymətləndirib, lakin hərbi güc baxımından qırıcı təyyarələrin üstünlüyünü vurğulayıb.
Musavat.com xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı belə deyib:
“Mən Ukrayna dronları ilə maraqlanıram. Onlar həqiqətən çox yaxşı dronlar hazırlayırlar. Amma heç nə qırıcılarla müqayisə oluna bilməz”.
ABŞ lideri həmçinin Amerikanın strateji aviasiyasına diqqət çəkərək qeyd edib:
“Bizim B-52 təyyarələrimiz var — onlar stealth (radarda görünməyən) texnologiyalıdır, onları aşkar etmək mümkün deyil”.
Trampın sözlərinə görə, müasir döyüş aviasiyası müharibənin gedişatında hələ də həlledici rol oynayır və ABŞ bu sahədə liderliyini qoruyur.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ