İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa Epşteyn ŞOKU

ABŞ Nümayəndələr Palatasının demokratları Stiven Linç və Robert Qarsiya İlon Maskın ABŞ prezidenti Donald Trampın seks alverində və azyaşlı qızlarla əlaqədə olmaqda ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə yer alması ilə bağlı iddialarının araşdırılmasını tələb edirlər.

Musavat.com xəbər verir ki, bu barədə onların Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosuna (FTB) müraciətini əldə edən “Axios” portalı məlumat yayıb.

Portalın məlumatına görə, konqresmenlər hər iki qurumu Trampın Epşteyn işində iştirakı ilə bağlı “iddiaların doğru olub-olmadığını dərhal müəyyən etməyə” çağırıblar.

Məktub müəllifləri Ədliyyə Nazirliyindən bu materialların məxfiliyin açılması və dərc edilməsi üçün vaxt təyin olunmasını istəyiblər. Bundan əlavə, onlar əvvəllər Konqresə təqdim edilmiş versiyada nə üçün “əhəmiyyətli ixtisarların” olmasının izahını tələb ediblər.

“Axios”un qeyd etdiyi kimi, Linç və Qarsiya həmçinin nəşr edilmiş versiyanın hazırlanmasında iştirak edən işçilərin siyahısını və Trampın bunda hansı rol oynadığını göstərməyi xahiş ediblər. Konqresmenlər Maskın sözlərinin hansı sənədlərin açıqlanacağı və hansının ictimaiyyətdən gizlədilməsi ilə bağlı “prezidentin qərarda iştirakının ola biləcəyini nəzərdə tutur” deyiblər.

Məktub müəllifləri bildiriblər ki, Trampı qorumaq üçün bu materialların tam şəkildə yayımlanmasına mane olmaq cəhdi Konqres və Ədliyyə Nazirliyindən “diqqətli araşdırma” tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR