Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Kamala Harrisi seçki kampaniyası zamanı məşhurlara qanunsuz ödənişlər etməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O, Harrisin prezidentlik kampaniyası çərçivəsində musiqi ulduzlarına etdiyi ödənişlərin qanunsuz seçki ianəsi sayıla biləcəyini bildirib.
“Kamala Harris prezident kampaniyası zamanı Brüs Sprinqstinə onun bərbad çıxışı üçün nə qədər pul ödəyib? Əgər o, Harrisin bu qədər tərəfdarı idisə, niyə bu pulu aldı? Bu, qanunsuz və böyük kampaniya ianəsi deyilmi? Bəs Bionse? Oprah və Bono nə qədər aldı?” – deyə Tramp sual edib.
Tramp məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib və bu ödənişlərin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ