Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın dövlət xərclərini azaltmaqla bağlı “gözəl qanun layihəsi”ndən məyus olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Mask CBS News-a verdiyi müsahibədə bu barədə belə deyib: "Açığı, büdcə kəsirini azaltmaq əvəzinə, artıran və DOGE komandasının gördüyü işi baltalayan böyük xərcə dair qanun layihəsini görmək məni məyus etdi".
Kanal Maskın müsahibəsindən bir parça dərc edib; tam versiya iyunun 1-də yayımlanacaq.
Trampın “bir böyük gözəl qanun layihəsi” adlandırdığı sənəd bir sıra sənaye sahələrində vergi və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsi müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl günbəz” raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, sənədə sərhəd nəzarətinin gücləndirilməsi tədbirləri daxildir və bu sahədə xərclərin artırılması nəzərdə tutulur.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ