İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın istədiyi oldu: Meksika körfəzinin adını dəyişən qanun qəbul olundu

ABŞ Konqresinin Nümayəndələr Palatası Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, palatada keçirilən səsvermə C-SPAN televiziya kanalında yayımlanıb.

Qanun layihəsini Nümayəndələr Palatasının 211 üzvü dəstəkləyib, 206-sı, o cümlədən bütün demokratlar və bir respublikaçı isə əleyhinə səs verib. Sənəd indi baxılmaq üçün ABŞ Konqresinin yuxarı palatası olan Senata göndəriləcək. Təsdiqlənərsə, ABŞ prezidenti Donald Tramp müvafiq qanunu imzalayacaq.

Amerika KİV-lərinə görə, qanun layihəsinin Senatda qəbul olunma ehtimalı azdır, çünki hazırda Konqresin hər iki palatasında azlıqda olan Demokratlar Partiyasından ən azı yeddi qanunvericinin dəstəyini tələb edəcək.

Qeyd edək ki, Tramp yanvarın 20-də andiçmə mərasimindən qısa müddət sonra Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Arqument olaraq, Ağ Evin rəhbəri bunun "Amerika iqtisadiyyatı üçün əsas əhəmiyyətini qoruyan" "dünyanın ən böyük körfəzi" olduğunu göstərib. Tramp öz sərəncamında qeyd edir ki, yeni ad ABŞ-ın “bu inkişaf edən iqtisadi resursu və onun iqtisadiyyat üçün kritik əhəmiyyətini nəzərə alaraq” verilir. BMT bu məsələ ilə bağlı bildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir dövlətin səlahiyyətinə aid deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR