İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Rusiya ilə bağlı səbri tükənməz deyil – Ağ Ev rəsmisi

ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həlli məsələsində səbri sonsuz deyil.

Musavat.com xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

ABŞ-ın Rusiya tərəfdən “diplomatik nizamlanmada maraqlı olduğuna” dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus bildirib:  “Prezident Donald Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Vladimir Putinin gördüyü işdən məmnun olub-olmaması ilə bağlı ən dolğun mənzərəni verir. Əlbəttə, biz eşitmişik ki, o, məyusdur və vəziyyətin inkişafından razı deyil".

Onun sözlərinə görə, Trampın hərəkətləri və “Ukraynaya əlavə müdafiə silahları vermək qərarı bunun göstəricisidir”: "Əvvəllər dediyim kimi, o, diplomat olmaqla yanaşı, diplomatik üsullara həmişə nikbin baxsa da, eyni zamanda realistdir. Dünya İranla bağlı vəziyyətdə, prezidentin Rusiyaya qarşı atdığı yeni tədbirlərlə görür ki, o, səbirli insan olsa da, məqsədlərə nail olmaq üçün öz baxışından güzəştə getməyə hazır deyil".

İyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib, onların dəyərini isə Avropa ödəyəcək. NATO bu prosesi koordinasiya edəcək. Amerika prezidentinin sözlərinə görə, tədarüklərə 17 Patriot sistemi daxil olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR