İnsanlara hürriyət, millətlərə istiqlal!

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan transgender idmançılar qadınlar arasında keçirilən yarışlarda iştirak edə bilməyəcəklər.

Ağ Evdən verilən məlumata görə, bu fərman qadın idmançılar arasında bərabər şərtlərin təmin edilməsi, rekordların və rəqabət mühitinin qorunması baxımından atılmış önəmli addımdır. Trampın qərarı ABŞ-ın Olimpiya və Paralimpiya komitələri tərəfindən də dəstəklənib.

Tramp bu təşəbbüsü təqdim edərkən bildirib:

“Qadınlar öz kateqoriyalarında ədalətli şəkildə yarışmalı, fiziki üstünlüyü olan kişilərlə eyni start xəttində olmamalıdırlar. Biz qadın idmanını qorumalıyıq – bu, həm biologiyaya, həm də sağlam rəqabətə əsaslanmalıdır.”

Tramp administrasiyasının bu addımı Amerika cəmiyyətində müsbət qarşılanıb və bir çox qadın idmançılar və məşqçilər bu qərarı alqışlayıblar. Onlar hesab edirlər ki, bu fərman qadınların idman uğurlarının kölgədə qalmasının qarşısını alacaq və cinsiyyət fərqlərinə uyğun rəqabət mühiti yaradacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR