Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Tünzalə Ağayeva beynəlxalq müsabiqədə münsif kürsüsünə əyləşib.
Musavat.com xəbər verir ki, pop ulduz “Bakı 2015 - 10 illik yubileyi: İdman irsinin onilliyi və gələcəyə baxış” proqramı çərçivəsində baş tutan “Süni intellekt və idmanda innovasiya müsabiqəsi”nin təqdimatında iştirak edib.
Estrada ulduzu sözügedən müsabiqədə münsif olub.
Müsabiqənin əsas məqsədi gənc yaradıcıların süni intellektdən istifadə edərək “Bakı 2015”in ruhunu və irsini əks etdirməkdir.
Layihə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə gerçəkləşir.
Qeyd edək ki, bu il “Bakı 2015 Avropa Oyunları”nın 10 illik yubeliyidir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ