İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk adlarına qoyulan qadağa Pezeşkianı HƏRƏKƏTƏ GƏTİRDİ

İran prezidenti Məsud Pezeşkian uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını əmr edib.

Musavat.com GünazTv-yə istinadən xəbər verir ki, İranda türk adlarına qoyulan məhdudiyyətlərə qarşı “Balamın adı” adlı Azərbaycan kampaniyası və İran prezidentinə ünvanlanmış məktubdan sonra Pezeşkian məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, 15 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq Pezeşkian İran Vətəndaşların Qeydiyyatı İdarəsinə türk adlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyi tapşırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR