İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Meğriyə daxil olub - ŞOK İDDİA

“Ermənistan hakimiyyəti əslində Zəngəzur dəhlizini güzəştə gedib və artıq Meğri (Sünik) bölgəsində nəzarəti itirib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Artur Xaçikyandır.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinə yaxın olan bir nümayəndə - XİN-i təmsil edən şəxs açıq şəkildə deyib ki, ölkə ərazisi müəyyən bir özəl şirkətə “autsorsinq” yolu ilə ötürülür.

Xaçikyanın sözlərinə əsasən, bu o deməkdir ki, həmin ərazi artıq yalnız Ermənistan tərəfindən yox, Azərbaycan və bəlkə də Türkiyə tərəfindən nəzarətdə saxlanacaq.

“Bu o deməkdir ki, Ermənistanda fəaliyyət göstərəcək bu şirkət Türkiyəyə və Azərbaycana tabe olacaq. Yəni biz bu əraziyə artıq nəzarət edə bilmirik. Türkiyə ərazimizə daxil olub və bir daha buranı tərk etməyəcək. Türkiyə artıq Sünikdə daimi yerləşib”, - deyə erməni politoloq bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR