İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusuna şəhid sayı 8-ə yüksəldi – İraqın şimalında metan qazı faciəsi

Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, 6 iyul 2025-ci il tarixində 852 Rakımlı Təpə adlanan ərazidə terrorçular tərəfindən istifadə olunan mağarada aparılan axtarış-tarama işləri zamanı metan qazına məruz qalan 3 əsgər daha şəhid olub.

Musavat.com xəbər verir ki, beləliklə, şəhid olan hərbçilərin sayı 8-ə yüksəlib.

Nazirliyin açıqlamasında deyilir:

“Bizləri dərin bir acı və kədərlə sarsıdan bu hadisədə həyatını itirən aziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələri və qəhrəman millətimizə başsağlığı və səbir diləyir, metan qazından təsirlənən digər hərbçilərimizə isə şəfalar arzu edirik.”

Qeyd edək ki, ümumilikdə 19 Mehmetçik metan qazına məruz qalıb. Hadisə terrorçulardan təmizlənən mağarada baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR