İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

İndiyə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda 21 milyard ABŞ dolları dəyərində 552 layihə icra ediblər.

"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı birbaşa və üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi investisiyalarının ümumi dəyəri 17 milyard ABŞ dollarına yaxınlaşır: "Azərbaycan isə Türkiyəyə 21 milyard ABŞ dolları investisiya yatırıb".

Nazir müavini qeyd edib ki, ölkələr arasındakı əməkdaşlıq yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq təşkilatlarda da öz əksini tapıb:"Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün əhəmiyyətli addım olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə Türkiyə tam şəkildə dəstək göstərir. Bundan sonra da hərtərəfli dəstək verməyə hazırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR