İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya ABŞ-dan nüvə yanacağı icazəsi istəyir – Trampla gizli danışıqlar

Cənubi Koreya prezidenti Li Cje Myon ABŞ prezidenti Donald Trampdan nüvə yanacağından sualtı qayıqlar üçün istifadə icazəsi istəyib.

Musavat.com xəbər verir ki, görüş zamanı Li bildirib ki, Seul atom sualtı qayıqları inşa etməyi planlaşdırmır, lakin dizel mühərrikli qayıqların imkanları məhdud olduğundan Şimali Koreya və Çin sualtı qayıqlarını izləməkdə çətinliklər yaranır.

“Əgər bizə yanacaq təchiz etməyə və adi silahlarla təchiz olunmuş bir neçə sualtı gəmi tikməyə icazə verilsə, ABŞ ordusunun üzərinə düşən yük xeyli azalacaq,” – deyə Li Trampa bildirib.

Prezident Li həmçinin Trampdan Cənubi Koreyaya işlənmiş nüvə yanacağının emalı və uranın zənginləşdirilməsi ilə bağlı real irəliləyişə dəstək verməsini xahiş edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR