Onlayn ictimai-siyasi qəzet
Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.
Bu barədə RİA Novosti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə çoxsaylı müraciətlərdən sonra Türkiyə hökumətinin maliyyə qurumları hərəkətə keçib.
“Belə bir problem var idi, turizm agentliklərindən şikayətlər aldıq. Amma həll olundu, indi lokal olaraq müəyyən çətinliklər yaransa da, kritik, irimiqyaslı problem yoxdur”, – mənbə qeyd edib.
Qeyd edək ki, 2024-cü ilin payızından etibarən 2013-cü ildən əvvəl buraxılmış dollarların dəyişdirilməsindən imtina halları tez-tez baş verir. Buna Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə kimi banklarda rast gəlinir. Bir çox Cənub-Şərqi Asiya ölkələrində isə köhnə dollarlar yalnız böyük endirimlə qəbul edilir./Sfera.az/
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ