Onlayn ictimai-siyasi qəzet
Ukrayna ilə bağlı danışıqlar çətinliklə aparılır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. Onun sözlərinə görə, Ukraynada sülhün bərpası ilə bağlı danışıqlar asan getmir.
“Əlaqələr kifayət qədər çətin aparılır, çünki söhbət mürəkkəb bir mövzudan - Ukraynadakı vəziyyətin tənzimlənməsindən gedir”, - Peskov bildirib.
Belə görünür ki, Donald Tramp administrasiyası Ukrayna mövzusundan çəkilmək və işğala məruz qalmış ölkəni Rusiya ilə baş-başa buraxmaq niyyətindədir.
ABŞ Dövlət katibi Marko Rubionun dediyinə görə, ABŞ Rusiya və Ukrayna arasında razılığın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, bir neçə gün ərzində sülh razılaşmasına vasitəçilik etmək cəhdlərini dayandıracaq.
Rubio bu bəyanatı dünən axşam Parisdə Aİ və Ukrayna nümayəndələri ilə görüşdən sonra verib.
O qeyd edib ki, Donald Tramp sülh sazişinin bağlanmasında maraqlıdır, lakin onun bir çox başqa prioritetləri var və irəliləyiş əlamətləri olmasa, bu prosesdən çəkiləcək: "İndi biz elə bir nöqtəyə gəlirik ki, bunun mümkün olub-olmamasına qərar verməliyik.
Ona görə də hər iki tərəfi cəlb edirik. ...Biz bu işi həftələr və aylarla davam etdirmək fikrində deyilik. Ona görə də biz indi çox tez, yaxın günlərdə müəyyən etməliyik ki, yaxın bir neçə həftə ərzində bu mümkün olacaq, ya yox. Əgər mümkündürsə, biz işin içindəyik, deyilsə, bizim başqa prioritetlərimiz var və onlara səfərbər olmalıyıq”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ