İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən sülh siqnalı: Ukrayna münaqişəsinin tərəfləri yaxın günlərdə bir araya gələ bilər

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Ukrayna münaqişəsində tərəflərin yaxın günlərdə kompromisə gələ biləcəyini istisna etməyib.

Musavat.com xəbər verir ki, nazir bu barədə verdiyi açıqlamada Türkiyənin vasitəçi və ev sahibi kimi danışıqlarda rol almağa hazır olduğunu bildirib.

“Yaxın günlərdə Ukrayna münaqişəsinin tərəfləri arasında nizamlanmaya dair təmaslarla bağlı razılıq əldə oluna bilər. Türkiyə bu prosesə hər cür töhfə verməyə, xüsusilə vasitəçi və ev sahibi kimi iştirak etməyə hazırdır,” – deyə Hakan Fidan vurğulayıb.

Bu bəyanat Ankara ilə Moskva və Kiyev arasında diplomatik kanalların açıq saxlanılmasına dair ümidləri artırıb və mümkün sülh danışıqları üçün yeni impuls yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR