Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ-İran danışıqlarının ikinci raundu başa çatdıqdan sonra MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, aprelin 19-da Omanın vasitəçiliyi ilə Romada ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu baş tutub. Bir həftə əvvəl olduğu kimi, Amerika nümayəndə heyətinə Uittkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib. Danışıqların üçüncü raundu texniki səviyyədə məsləhətləşmələrdən sonra aprelin 26-da baş tutacaq.
İqbal RZAYEV,
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ